"Shell" İraqdakı neft aktivlərini sata bilər

"Shell" İraqdakı neft aktivlərini sata bilər Şirkət maye qaz layihələrinə yönəlmək niyyətindədir
Digər ölkələr
29 Noyabr , 2016 05:57
Shell İraqdakı neft aktivlərini sata bilər

Bakı. 29 noyabr. REPORT.AZ/ "Royal Dutch Shell" aktivlərinin 30 milyard dollara satışı üzrə qlobal proqram çərçivəsində İraqdakı öz neft yataqlarını satışa çıxarmağı nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə neft sahəsindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.

"Shell", xüsusilə də, 2015-ci ilin fevralında Britaniyanın "BG Group" neft-qaz şirkəti tərəfindən alındıqdan sonra öz neft-qaz portfelini optimallaşdırmağa çalışır. Şirkət neftin qiymətinin 2014-cü ildən aşağı düşdüyünü nəzərə alaraq, maye-qaz, həmçinin Braziliya və Meksika körfəzində dərinsulu neft hasilatı layihələrinə yönəlməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi