Bakı. 12 fevral. REPORT.AZ/ Cənubi Koreyanın mühafizəkar fəalları paytaxt Seulun mərkəzində, KXDR-in "Samjiyon" orkestrinin çıxışının təşkil ediləcəyi yer yaxınlığında etiraz aksiyası keçiriblər.
“Report” xəbər verir ki, bu barədə "Yonhap" nəşri məlumat yayıb.
Təqribən 800 nəfərdən ibarət nümayiş iştirakçıları Şimali Koreya idmançılarının 2018-ci ilin Qış Olimpiadasında vahid Ümumkoreya komandası tərkibində çıxışına etiraz ediblər. Onlar Şimali Koreya lideri Kim Çen Inın şəkillərini cırıblar, ardınca KXDR-in bayrağını yandırmaq istəyəndə, polis fəalların bu cəhdinin qarşısı alıb.