Seulda Cənubi Koreya ilə KXDR arasındakı əlaqə ofisinin açılışı təxirə salınıb

Seulda Cənubi Koreya ilə KXDR arasındakı əlaqə ofisinin açılışı təxirə salınıb Bakı. 27 avqust. REPORT.AZ/ Cənubi Koreya hökuməti KXDR ilə ölkə arasında əlaqə ofisinin açılışının təxirə salınmasına qərar verib.
Digər ölkələr
27 Avqust , 2018 11:03
Seulda Cənubi Koreya ilə KXDR arasındakı əlaqə ofisinin açılışı təxirə salınıb
Global Look Press
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Cənubi Koreya hökuməti KXDR ilə ölkə arasında əlaqə ofisinin açılışının təxirə salınmasına qərar verib.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya prezident administrasiyasının nümayəndəsi Kim Yu Kyomun bəyanatına əsasən məlumat verib.

Qeyd olunur ki, bu addım ABŞ ilə KXDR-in əlaqələrində mövcud olan maneələrlə bağlıdır. Belə ki ABŞ dövlət katibi Mayk Pompeo ABŞ prezidenti Donald Trampın istəyi əsasında Şimali Koreyaya səfərini təxirə salıb.

Son xəbərlər

Orphus sistemi