Seul KXDR-in yeni raket buraxılışları həyata keçirdiyini açıqlayıb

Seul KXDR-in yeni raket buraxılışları həyata keçirdiyini açıqlayıb Mərmi Yapon dənizi istiqamətdə atılıb
Digər ölkələr
1 Aprel , 2016 09:05
Seul KXDR-in yeni raket buraxılışları həyata keçirdiyini açıqlayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Şimali Koreya çox güman şərq sahillərində növbəti raket buraxılışını həyata keçirib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə cənubi koreyalı hərbçilər məlumat verib.

Mərmi Yapon dənizi istiqamətində atılıb. Cənubi koreyalı məmurun sözlərinə görə, indi Seulda sözügedən mərminin hansı növdən olduğunu anlamağa çalışırlar.

"Yonhap" agentliyi xəbər verib ki, KXDR ballistik raket sınağı həyata keçirib. Başqa mənbəyə görə, söhbət qısa mənzilli zenit-hava mərmilərindən gedir.

Xatırladaq ki, bu həftə Şimali Koreya Şərqi Çin dənizi istiqamətində qısa mənzilli raket buraxılış həyata keçirib.

Son xəbərlər

Orphus sistemi