Yuxarı
    Bağlamaq

    ​Səudiyyənin şiələr yaşayan şəhərində atışma olub: ölən və yaralananlar var

    İnsident zamanı bir polis əməkdaşı öldürülüb

    Bakı. 6 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Katif dairəsinin Əvamiyə şəhərində baş verən atışma zamanı bir polis əməkdaşı ölüb, daha üç nəfər yaralanıb.

    “Report” BBC-yə istinadən xəbər verir ki, hakim dairələrin məlumatına görə, Katifdə əsasən şiələr yaşayır.

    Ölkənin Daxili İşlər Nazirliyinin xəbərinə görə, qanun keşikçilərinin işi şiə fəalların istifadə etdikləri sığınacaqları tapmaq olub. Və bu zaman onlara atəş açılıb.

    Axtarışlar zamanı silah ehtiyatları və telekommunikasiya avadanlıqları aşkar edilib.

    Səudiyyə Ərəbistanında yaşayan şiələr hakimiyyəti ayrı-seçkilikdə ittiham edirlər. Onlar hakimiyyətin bu siyasəti nəticəsində dövlət və hərbi vəzifələrdən kənarda qaldıqlarını bildirirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi