Səudiyyə Ərəbistanının neft naziri: "Müştərilər neftimizdən imtina etməyənədək onun hasilatını azaltmayacağıq"

Səudiyyə Ərəbistanının neft naziri: "Müştərilər neftimizdən imtina etməyənədək onun hasilatını azaltmayacağıq" "Əgər neftin qiymətini proqnozlaşdıra bilsəydim, indi Almaniyada deyil, Las-Veqasda olardım"
Digər ölkələr
4 Mart , 2015 16:59
Səudiyyə Ərəbistanının neft naziri: Müştərilər neftimizdən imtina etməyənədək onun hasilatını azaltmayacağıq

Bakı. 4 mart. REPORT.AZ/ "Müştərilər Səudiyyə Ərəbistanının neftindən imtina etməyənədək biz onun hasilatını azaltmayacağıq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu krallığın neft naziri Əli ən-Nəimi bildirib.

"Bu isə heç vaxt baş verməyəcək. Çünki Səudiyyə Ərəbistanı etibarlı ən nəhəng neft istehsalçısıdır",  - nazir vurğulayıb.

"Qara qızıl"ın qiyməti ilə bağlı jurnalistin sualını isə Əli ən-Nəimi belə cavablandırıb: "Əgər neftin qiymətini proqnozlaşdıra bilsəydim, o zaman mən indi Almaniyada deyil, Las-Veqasda olardım".

Son xəbərlər

Orphus sistemi