Səudiyyə XİN: Vəliəhd şahzadənin jurnalistin qətlində əli yoxdur

Səudiyyə XİN: Vəliəhd şahzadənin jurnalistin qətlində əli yoxdur Bakı. 15 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayəti ilə hər hansı bağlılığı yoxdur.
Digər ölkələr
15 Noyabr , 2018 21:21
Səudiyyə XİN: Vəliəhd şahzadənin jurnalistin qətlində əli yoxdur

Bakı. 15 noyabr. REPORT.AZ/ "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayəti ilə hər hansı bağlılığı yoxdur".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Səudiyyənin xarici işlər naziri Adil əl-Cübeyr Ər-Riyadda keçirilən mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışığında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

Son xəbərlər

Orphus sistemi