Səudiyyə kralının sarayı üzərində dron vurulub - VİDEO - YENİLƏNİB-2

Səudiyyə kralının sarayı üzərində dron vurulub - VİDEO - YENİLƏNİB-2 Bundan əvvəl saray yaxınlığında partlayış və atışma səslərinin eşidildiyi deyilirdi
Digər ölkələr
1823
22 Aprel , 2018 01:15
Səudiyyə kralının sarayı üzərində dron vurulub - VİDEO - YENİLƏNİB-2

Bakı. 22 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayının üzərində kiçik dron vurulub.

“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin nümayəndələri məlumat yayıb.

Bildirilir ki, dron ölkə paytaxtı məkanına qanunsuz daxil olduğu üçün vurulub.

Hazırda adiyyəti orqanlar hadisə ilə bağlı araşdırma aparırlar. Hadisə baş verən zaman kralın sarayda olmadığı bildirilir.


***00:06

Bakı. 22 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dövlət çevrilişinə cəhd həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, çevriliş cəhdinə ölkənin quru qoşunlarının rəhbəri general Alukas Neplis başçılıq edir. 


***23:35

Bakı. 21 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində partlayış və atışma olub.

“Report” "BNL News" nəşrinə istinadən xəbər verir ki, hadisə Kral sarayı yaxınlığında qeydə alınıb.

Bildirilir ki, kral Salman ibn Əbdül Əziz əs-Səud vaxtında paytaxtda yerləşən hərbi bazanın bunkerinə təxliyyə edilib.

Hazırda daha ətraflı məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi