​Səudiyyə Kralı ölkəsinin dövlət quruluşu haqqında açıqlama verib

​Səudiyyə Kralı ölkəsinin dövlət quruluşu haqqında açıqlama verib O, vətəndaşları birliyə çağıraraq müsəlmanların mübarizəsini müdafiə edəcəklərini söyləyib
Digər ölkələr
23 Yanvar , 2015 14:56
​Səudiyyə Kralı ölkəsinin dövlət quruluşu haqqında açıqlama verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləziz Al Səud ilk müraciətini edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, kral müraciətində ölkənin mövcud dövlət quruluşunun qalacağını bildirib.

O, ölkə vətəndaşlarını birliyə çağıraraq müsəlmanların mübarizəsini müdafiə edəcəklərini söyləyib.

"Allahın izni və inayəti ilə doğru yoldan, mərhum kral Əbdüləziz və oğulları tərəfindən qurulan dövlətin getdiyi yoldan dönmədən fəaliyyətimizi davam etdirəcəyik", - kral vurğulayıb.

Son xəbərlər

Orphus sistemi