Səudiyyə kralı suriyalılara yardım məqsədilə kütləvi ianə kampaniyası haqqında fərman imzalayıb

Səudiyyə kralı suriyalılara yardım məqsədilə kütləvi ianə kampaniyası haqqında fərman imzalayıb Səudiyyə kralı suriyalılar üçün beş milyon dollar yardım ayırıb
Digər ölkələr
27 Dekabr , 2016 00:37
Səudiyyə kralı suriyalılara yardım məqsədilə kütləvi ianə kampaniyası haqqında fərman imzalayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud suriyalılara yardım etmək məqsədilə bütün ölkə üzrə kütləvi ianə yığımı kampaniyasının başlanılması haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə kral dəftərxanasına istinadən Səudiyyə Xəbərlər Agentliyini bildirib.

Məlumata görə, kral suriyalılar yardım məqsədilə öz hesabından 20 milyon rial (beş milyon dollar) ayırıb.

"Kral Salman bin Əbdül Əziz Əl Səud Suriyada, xüsusən Hələbdə və digər şəhərlərdə bizim qardaşlarımızın əzablara məruz qaldığını nəzərə alaraq, dost Suriya xalqına kömək üçün çərşənbə axşamından başlamaqla krallığın bütün ərazilərində xalq kampaniyasını təşkil etməyi əmr edib" – deyə xəbərdə qeyd edilir.

Öz növbəsində, kraldan sonra Səudiyyə Ərəbistanının varis şahzadəsi, daxili işlər naziri Məhəmməd Bin Naif də suriyalılara 10 milyon rial (iki milyon dollardan çox) yardım etməyə qərar verib. Eyni zamanda vəliəhd, müdafiə naziri Məhəmməd Bin Salman da suriyalılara səkkiz milyon rial məbləğində yardım etmək qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi