Səudiyyə kralı ilə Türkiyə prezidenti arasında telefon danışığı olub

Səudiyyə kralı ilə Türkiyə prezidenti arasında telefon danışığı olub Bakı. 15 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Digər ölkələr
15 Oktyabr , 2018 04:00
Səudiyyə kralı ilə Türkiyə prezidenti arasında telefon danışığı olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbəri danışığın gedişatında jurnalist Camal Qaşıqçının itkin düşməsi faktının araşdırılması üzrə birgə təhqiqat qrupunun yaradılması ideyasını dəstəklədiyinə görə Türkiyə liderinə təşəkkür edib.

Bildirilir ki, monarx həmçinin Türkiyə ilə Səudiyyə Ərəbistanı münasibətlərinin sabitliyini və iki ölkənin bu əlaqələrin inkişafında qarşılıqlı marağını vurğulayıb.

Öz növbəsində Türkiyə prezidenti iki ölkənin və xalqın qardaşlıq və tarixi əlaqələrini yüksək qiymətləndirib, bu əlaqələrin daha da güclənməsinə səy göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Ər-Riyadın yürütdüyü siyasətə qarşı tənqidləri ilə tanınan səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də sənədlərinin qeydiyyatı üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bu günə qədər ondan xəbər yoxdur. Oktyabrın 6-da "Reuters" xəbər verib ki, Türkiyə polisi jurnalistin diplomatik missiyanın binasında qətli versiyasını araşdırır. Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri, şahzadə Xalid bin Salman Əbdül Əziz Əl Səud Qaşıqçının öldürülməsini təkzib edib.  

Son xəbərlər

Orphus sistemi