Səudiyyə Ərəbistanı kralı İraqa 1 milyard dollar hədiyyə edib

Səudiyyə Ərəbistanı kralı İraqa 1 milyard dollar hədiyyə edib Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud İraqa bir milyard dollar hədiyyə edib.
Digər ölkələr
4 Aprel , 2019 04:28
Səudiyyə Ərəbistanı kralı İraqa 1 milyard dollar hədiyyə edib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud İraqa bir milyard dollar hədiyyə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, vəsait Bağdadda idman şəhərciyinin tikintisinə xərclənəcək.

Məlumata görə, Səudiyyə Ərəbistanının ticarət və sərmayələr naziri Məcid əl-Kasabi İraq prezidenti Bərham Salehin Ər-Riyada səfəri zamanı ona kralın hədiyyəsi haqqında məlumat verib.

Keçən ilin martında İraq hökuməti bildirib ki, Səudiyyə Ərəbistanı bu ölkədə 100 min tamaşaçılıq stadion tikəcək. Ancaq demək olar ki, bir il sonra krallığın İraqdakı səfiri bildirib ki, Səudiyyə Ərəbistanının planları yalnız stadionun tikintisi ilə məhdudlaşmır. Krallıq İraqa bütöv idman şəhərciyini hədiyyə edəcək. Şəhərciyin yeri Səudiyyənin iştirakı ilə İraq hakimiyyəti tərəfindən seçiləcək.

Son xəbərlər

Orphus sistemi