​Səudiyyə Ərəbistanında İrana casusluqda şübhəli bilinən 32 nəfərin məhkəməsi başlayıb

​Səudiyyə Ərəbistanında İrana casusluqda şübhəli bilinən 32 nəfərin məhkəməsi başlayıb Şübhəlilər 2013-cü ildə həbs ediliblər
Digər ölkələr
22 Fevral , 2016 14:18
​Səudiyyə Ərəbistanında İrana casusluqda şübhəli bilinən 32 nəfərin məhkəməsi başlayıb

Bakı. 22 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanında İranın xeyrinə casusluqda şübhəli bilinən 32 nəfərin məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, onların 30-u Səudiyyə Ərəbistanı, biri İran, biri isə Əfqanıstan vətəndaşlarıdır.

Onlar İranın xüsusi xidmət orqanlarına gizli informasiyalar ötürməkdə, krallığın iqtisadiyyatına ziyan vurmaqda, təriqətlərarası iğtişaş yaratmaqda, Səudiyyə Ərəbistanı əhalisinin bütövlüyünü təhdid etməkdə ittiham olunurlar.

Xəbərə əsasən, şübhəlilər 2013-cü ildə həbs edilsələr də, onların məhkəmə prosesi indi başlayıb. 

Son xəbərlər

Orphus sistemi