Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanının Yəməni bombalaması nəticəsində 9 dinc sakin ölüb

    Bombardmançılar Marib vilayətində yaşayış evlərinə mərmi atıblar© Courtesy İmage

    Bakı. 27 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənə havadan zərbə endirib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, nəticədə azı 9 nəfər həlak olub.

    Bombardmançılar Marib əyalətinə hücum ediblər. İlkin məlumatlara görə, təyyarələr kənd sakinlərinin evlərinə mərmi atıblar.

    Hücum nəticəsində 9 dinc sakin, o cümlədən iki qadın həlak olub, dörd nəfər xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi