Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb

Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb Bakı. 28 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının ərəb koalisiyasındakı qırıcılarının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb.
Digər ölkələr
2018
28 Aprel , 2018 04:46
Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb

Bakı. 28 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının ərəb koalisiyasındakı qırıcılarının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Sabk" internet nəşri bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanı Yəmənə, husilərin hərbi obyektlərinə azı 10 hava zərbəsi endirib. Bombardmanlara husilərin ölkənin paytaxtından şimalda, Daxili İşlər Nazirliyi yaxınlığındakı Ən-Nədjda hərbi düşərgəsi, siyasi kəşfiyyat ofisi, əs-Sabiində hökumət evi məruz qalıb.

Bombardmanlar nəticəsində bir neçə insan həlak olub. Onların arasında husi liderləri də var. Ölənlərdən biri Səudiyyə Ərəbistanının şərti olaraq 36 nömrə ilə axtardığı Əbdül Hakim əl-Hayvani də var.

Son xəbərlər

Orphus sistemi