Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib

Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib Bakı. 22 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verərək, baş verənləri böyük səhv adlandırıb.
Digər ölkələr
22 Oktyabr , 2018 07:50
Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verərək, baş verənləri "böyük səhv" adlandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Bu dəhşətli səhvdir, bu dəhşətli faciədir, başsağlığı veririk. Biz onların acısına şərikik, bunun olmamasını istərdik, kaş ki, bundan qaçmaq mümkün olardı. Təəssüf ki, böyük və kədərli səhvə yol verilib", - deyə o bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi