Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi xüsusi təyinatlı ordu yaradıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi xüsusi təyinatlı ordu yaradıb Yeni briqada xüsusi təlim görmüş 5 min hərbçidən ibarətdir
Digər ölkələr
9 Yanvar , 2018 10:28
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi xüsusi təyinatlı ordu yaradıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman xüsusi təyinatlı ordu yaradıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı kral ailəsinə yaxın mənbə bildirib.

“Əl-Saif əl-Ajrab” adlı elit hərbçilər birliyi kralın Mühafizə Xidmətinin tərkibində fəaliyyət göstərəcək. Məlumata görə, 2017-ci ilin noyabrında kral ailəsinə bağlı şahzadələrin, nazirlərin, iş adamlarının və başqa rəsmi şəxslərin tutulması əməliyyatını həmin dəstə həyata keçirib.

Kral Salmana bağlı xüsusi ordu kimi fəaliyyətə başlayan briqada adını tarixdəki ikinici Səudiyyə Ərəbistanı dövlətinin qurucusu Türki bin Abdulla bin Məhəmməd əl-Səudun istifadə etdiyi qılıncdan götürüb. Həmin ordunun qılıncında yazılirmış: “Əl-Saif əl-Ajrab” (tərcüməsi təxminən belədir: “Qılıncından keçirilənlərin qanı ilə paslanmış qılınc”).

Yeni briqada xüsusi təlim görmüş 5 min hərbçidən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi