Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əsədin Suriya hakimiyyətində qalmasına razılaşıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əsədin Suriya hakimiyyətində qalmasına razılaşıb Bu günədək Ər-Riyad bəyan edirdi ki, Əsəd hakimiyyətdən getməlidir
Digər ölkələr
262
31 Mart , 2018 06:38
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əsədin Suriya hakimiyyətində qalmasına razılaşıb

Bakı. 31 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman bildirib ki, Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən getməyəcək və mühüm olan onun İran maraqlarının bələdçisi olmamasıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Səudiyyə siyasətçisi bunu Amerikanın "Time" jurnalına müsahibəsində deyib.

"Bəşər Əsəd qalacaq. Lakin mən inanıram ki, Bəşərin maraqlarına iranlıların istədiklərini etmələrinə izn vermək daxil deyil", - deyə vəliəhd bildirib.

Bu günədək Ər-Riyad bəyan edirdi ki, Əsəd hakimiyyətdən getməlidir.

Orphus sistemi