Səudiyyə Ərəbistanının varis şahzadəsi cərrahi əməliyyat olundu

Səudiyyə Ərəbistanının varis şahzadəsi cərrahi əməliyyat olundu Məhəmməd bin Salman cərrahi əməliyyat edilib
Digər ölkələr
25 Fevral , 2021 05:27
Səudiyyə Ərəbistanının varis şahzadəsi cərrahi əməliyyat olundu
Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanının varis şahzadəsi və krallıq hökuməti başçısının birinci müavini Məhəmməd bin Salman cərrahi əməliyyat edilib.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuat bildirib.

Qeyd edilir, taxtın 35 yaşlı varisi kral Ər-Riyadda kral Feysəl adına tibbi kompleksdə laparoskopiyanın köməyi ilə appendisit əməliyyatı keçirib.

Kral Salmanın oğlu Məhəmməd 2017-ci ildə vəliəhd elan edilib. Səudiyyə Ərəbistanında onun rəhbərliyi altında krallığın modernləşdirilməsi və elmi-texniki inkişafı üçün çoxsaylı liberal islahatlar və dəyişikliklər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi