​Səudiyyə Ərəbistanının şərqində məscid partladılıb, 30 nəfər ölüb

​Səudiyyə Ərəbistanının şərqində məscid partladılıb, 30 nəfər ölüb Qurbanların sayının artacağı istisna edilmir
Digər ölkələr
22 May , 2015 16:22
​Səudiyyə Ərəbistanının şərqində məscid partladılıb, 30 nəfər ölüb

Bakı. 22 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının şərqində yerləşən İmam Əli məscidində bu gün baş verən güclü partlayış ən azı 30 nəfərin həyatına son qoyub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məsciddə cümə namazı zamanı təxminən 150 adamın olduğu nəzərə alınarsa, qurbanların sayının artacağı istisna edilmir. Terror aktının kamikadze tərəfindən törədildiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi