Səudiyyə Ərəbistanının kralı vətəndaşları korrupsiyayla mübarizəni dəstəkləməyə çağırıb

Səudiyyə Ərəbistanının kralı vətəndaşları korrupsiyayla mübarizəni dəstəkləməyə çağırıb Bakı. 13 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud növbəti ildə hökumətin prioritetlərini açıqlayıb.
Digər ölkələr
13 Dekabr , 2017 21:59
Səudiyyə Ərəbistanının kralı vətəndaşları korrupsiyayla mübarizəni dəstəkləməyə çağırıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud növbəti ildə hökumətin prioritetlərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.

Məlumatda bildirilir ki, o, vətəndaşları iqtisadi islahatları və korrupsiyayla mübarizəni dəstəkləməyə çağırıb.

"Biz korrupsiyaya qarşı ədalətlə və əzmlə mübarizə aparmaqda qətiyyətliyik", - deyə kral Salman Konsultativ Məsləhət Şurasının üzvləri qarşısındakı çıxışında deyib. O, qeyd edib ki, Səudiyyə Ərəbistanı İslam prinsiplərinə zidd olmamaqla inkişaf və müasirləşdirmə yolu üzrə hərəkət edərək.

Noyabrın əvvəlində varis şahzadə Məhəmməd bin Salman korrupsiyayla mübarizə üzrə kampaniyası çərçivəsində 10-dan çox şahzadə, biznesmeni və məmurun həbsinə sanksiya verib. Saxlanılanlardan çoxu azad olmağın əvəzində böyük miqdarda cərimə ödəməyə razılaşıblar.

Son xəbərlər

Orphus sistemi