Bakı. 29 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman Əbdüləziz əl-Saud son 40 ildə xarici işlər naziri işləmiş şahzadə Səud əl-Feysalı tutduğu vəzifədən azad edərək, onun yerinə əvvəllər ABŞ-da səfir çalışmış şahzadə Adel əl-Cubeyri təyin edib.
"Report" xəbər verir ki, bu haqda xarici informasiya vasitələri məlumat yayıb.
Belə ki, kral kiçik qardaşını vəliəhd titulundan məhrum edib. Onun yerinə dövlət başçısının qardaşı oğlu 56 yaşlı Məhəmməd bin-Naif bin-Əbdüləziz təyin olunub. Kral öldükdə və ya vəzifə səlahiyyətlərini itirdikdə vəliəhd taxt-taca birbaşa yiyələnir.
Kralın oğlu şahzadə Məhəmməd bin-Salman isə daxili işlər naziri və ikinci vəliəhd təyin edilib.
Xatırladaq ki, kral Salman bu ilin yanvarında kral Abdullah vəfat etdikdən sonra monarx olub.