Səudiyyə kralı İranla bağlı sammitdə iştirak etməyəcək

Səudiyyə kralı İranla bağlı sammitdə iştirak etməyəcək Zirvədə ər-Riyad vəliəhd-şahzadə səviyyəsində təmsil olunacaq
Digər ölkələr
11 May , 2015 06:45
Səudiyyə kralı İranla bağlı sammitdə iştirak etməyəcək

Bakı. 11 May. REPORT.AZ/ ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə mayın 12-də keçiriləcək 6 ərəb dövləti liderinin İranın nüvə proqramına dair zirvə görüşündə Səudiyyə Ərəbistanının kralı iştirak etməyəcək. "Report" BBC-yə istinadən xəbər verir ki, bu qərarı kral Abdullah ibn Əbdüləziz əs-Səud şəxsən açıqlayıb.

Zirvədə ər-Riyad vəliəhd-şahzadə səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, Küveyt və Qətər liderləri ABŞ-ın Obamanın təklifinə müsbət yanaşıblar. Səudiyyə Ərəbistanı daxil digər 4 dövlət isə daha aşağı səviyyədə təmsil olunacaq

Son xəbərlər

Orphus sistemi