Bakı. 5 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının 50-dən çox dini lideri ərəb ölkələrini Rusiya, İran və Suriya hakimiyyətinə qarşı cihadı dəstəkləməyə çağırıblar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, onlar Rusiyanın Suriyadakı hava əməliyyatlarını Sovet qoşunlarının Əfqanıstana daxil olması ilə müqayisə ediblər.
Suriyanın tərkibinə güclü "Əhrar əş-Şam" fraksiyasının da daxil olduğu 40-dan yuxarı üsyançı qrupu Yaxın Şərq regionu ölkələrinə İran və Rusiyaya qarşı ittifaq yaratmaq çağırışı ilə müraciət ediblər. Usyançılar eyni zamanda Moskvanı öz ölkələrini işğal etməkdə ittiham ediblər.