Yuxarı

Səudiyyə Ərəbistanının büdcə kəsiri 98 milyard dollar təşkil edib

Bu, ölkə tarixində rekord göstəricidir

Bakı. 28 dekabr. REPORT.AZ/ 2015-ci ildə Səudiyyə Ərəbistanının büdcə kəsiri 98 milyard dollar təşkil edib. "Report" xəbər verir ki, bu, ölkə tarixində rekord göstəricidir.

Bu barədə məlumatı Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinə istinadən AFP yayıb.

Nazirliyin nümayəndələri ər-Riyadda təşkil etdiyi mətbuat konfransında bildirib ki, 2015-ci ilin gəlirləri 608 milyard rial (162 milyard dollar) məbləğində qiymətləndirilir. Xərclər isə 975 milyard rial (260 milyard dollar) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi