Səudiyyə Ərəbistanının baş prokuroru: “Bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin başlanğıcıdır”

Səudiyyə Ərəbistanının baş prokuroru: “Bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin başlanğıcıdır” “İş üzrə tutulan bütün şübhəlilərlə bağlı araşdırma və məhkəmə prosesi şəffaf keçiriləcək”
Digər ölkələr
7 Noyabr , 2017 10:31
Səudiyyə Ərəbistanının baş prokuroru: “Bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin başlanğıcıdır”

Bakı. 7 noyabr. REPORT.AZ/ “Bu, harada baş verməsindən asılı olmayaraq, korrupsiya və rüşvətxorluğa qarşı həyati əhəmiyyətli mübarizənin başlanğıcıdır”.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud Mojeb noyabrın 5-də krallıqda 11 şahzadənin, fəaliyyətdə olan 4 nazirin və 39 keçmiş hökumət üzvünün həbsi ilə bağlı məsələni şərh edərkən bildirib.

Məlumata görə, həbs edilən şəxslərin bank hesabları dondurulub.

Baş prokuror istintaqın birinci mərhələsinin başa çatdığını deyib: “Çoxlu dəlil-sübut toplanıb. Əhatəli istintaq aparılır. İş üzrə tutulan bütün şübhəlilərlə bağlı araşdırma və məhkəmə prosesi şəffaf keçiriləcək”.

Qeyd edək ki, həbs olunanlar arasında milyader əl-Valid bin Talal ibn-Əbdüləziz əs-Səud da var. 

Son xəbərlər

Orphus sistemi