Yuxarı

​Səudiyyə Ərəbistanının 90 yaşlı şahzadəsi vəfat edib

O, ölkənin ikinci kralının səkkizinci oğludur

Bakı. 18 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kral ailəsinin ən yaşlı üzvü, şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud 90 yaşında ağır xəstəlik səbəbindən vəfat edib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, o, Səudiyyə Ərəbistanının ikinci kralı (1953-1964) Səud Abduləzizin səkkizinci (bəzi mənbələrə görə 10-cu) oğludur.

Şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud 1926-cı ildə anadan olub.

Qeyd edək ki, Səudiyyə Ərbistanını indiyədək 1953-cü ildə vəfat etmiş birinci kralın oğulları idarə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi