Səudiyyə Ərəbistanının Ciddə şəhərində Əl-Ravabi rayonu istiqamətində yük avtomobilinin divara çarpılaraq məscidə girməsi nəticəsində 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Qeyd olunub ki, sürücü idarəetməni itirərək divara çarpıldıqdan sonra Əl-Ammar məscidinin içərisinə aşıb.
Qəza nəticəsində məscidə ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.