Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanında yaraqlılar təhlükəsizlik qüvvələrinin patruluna hücum edib

    Təhlükəsizlik qüvvəllərinin əməkdaşları Əl-Katif rayonunda yerləşən Əl-Əvamiyyə yaşayış məntəqəsində növbə çəkərkən hücuma məruz qalıb

    Bakı. 7 iyul. REPORT.AZ/ Yaraqlıların Səudiyyə Ərəbistanının şərqində təhlükəsizlik qüvvələrinin patruluna hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 6 nəfər yaralanıb.

    Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

    Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mənsur ət-Türkinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvəllərinin əməkdaşları Əş-Şərqiyyə dairəsinin Əl-Katif rayonunda yerləşən Əl-Əvamiyyə yaşayış məntəqəsində növbə çəkərkən hücuma məruz qalıblar.

    Onun sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi