Səudiyyə Ərəbistanında təyyarənin şassisiz eniş etməsi nəticəsində 50-dən çox adam yaralanıb - VİDEO

Səudiyyə Ərəbistanında təyyarənin şassisiz eniş etməsi nəticəsində 50-dən çox adam yaralanıb - VİDEO Bakı. 22 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Ciddə şəhərində təyyarənin şassisiz eniş etməsi nəticəsində 50-dən çox adam yaralanıb.
Digər ölkələr
22 May , 2018 16:19
Səudiyyə Ərəbistanında təyyarənin şassisiz eniş etməsi nəticəsində 50-dən çox adam yaralanıb - VİDEO

Bakı. 22 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Ciddə şəhərində təyyarənin şassisiz eniş etməsi nəticəsində 50-dən çox adam yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Xidmətinin İstintaq İdarəsindən bildiriblər.

Səudiyyə Ərəbistanının "Saudia" aviaşirkətinə məxsus "Airbus 330" sərnişin təyyarəsi təcili enişi dünən gecə edib. Layner Mədinə şəhərindən Banqladeşin paytaxtı Dəkkəyə uçarkən ekipaj hidravlik sistemdə nasazlıq olduğunu görüb. Bu səbəbdən təyyarənin Ciddədəki kral Əbdül Əziz hava limanına endirilməsinə qərar verilib.

Qeyd edək ki, təyyarədə 141 sərnişin və 10 ekipaj üzvü olub.

Son xəbərlər

Orphus sistemi