Səudiyyə Ərəbistanında terrorizmdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Səudiyyə Ərəbistanında terrorizmdə şübhəli bilinən 37 nəfər saxlanılıb Krallıqda ardıcıl həbslər ölkənin şərqindəki Davadmi yaşayış məntəqəsində zabitin öldürülməsindən sonra başlayıb
Digər ölkələr
20 Aprel , 2016 11:26
Səudiyyə Ərəbistanında terrorizmdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri son bir neçə həftə ərzində terror fəaliyyəti şübhəsiylə krallığın 37 vətəndaşını həbs edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin daxili işlər nazirliyinin hesabatında əks olunub.

DİN-in məlumatına görə, ümumilikdə ötən ay ərzində 140 nəfər saxlanılıb. Onlar arasında 29 yəmənli, 9 iranlı, 5 misirli, 5 iordaniyalı və 1 Bəhreyn vətəndaşı da var.

Qeyd edək ki, krallıqda ardıcıl həbslər ölkənin şərqindəki Davadmi yaşayış məntəqəsində zabitin öldürülməsindən, eləcə də əd-Delm rayonunda polis bölməsi yaxınlığında bir əcnəbinin ölümü ilə nəticələnən bomba partladılmasından sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi