Yuxarı

​Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 9 ABŞ vətəndaşı saxlanılıb

Ümumilikdə 33 nəfər şübhəli şəxs həbs olunub

Bakı. 31 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hakimiyyəti son həftə ərzində terrorçuluqda şübhəli bilinən və aralarında xaricilərin, eləcə də ABŞ və Qazaxıstan vətəndaşlarının olduğu 33 nəfəri saxlayıb.

"Report" xəbər verr ki, bu barədə "Saudi Gazette" nəşri yazıb.

Qəzet mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanları 9 Amerika, bir Qazaxıstan vətəndaşını, həmçinin iki suriyalı, bir indoneziyalı və bir filippinlini saxlayıblar. Onların arasında 14 Səudiyyə vətəndaşı, 3 Yəmən sakini, bir BƏƏ vətəndaşı və bir fələstinli də var.

Ötən cümə iki kamikadze namaz zamanı Səudiyyənin Əl-Əxsa əyalətinin Məhasin rayonu ərazisində yerləşən İmam Rıza məscidinə daxil olmağa cəhd göstərib. Təhlükəsizlik orqanları əməkdaşları onları yaxalaya bilib, ardınca kamikadzelərdən biri məscidin girişində özünü partladıb və atışma başlayıb. Asayiş keşikçiləri ikinci canini saxlaya biliblər və onun üzərindən "kamikadze kəməri" çıxıb.

Terror aktı nəticəsində 4 nəfər ölüb və 3-ü hüquq mühafizəçisi olmaqla 36 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi