Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb

Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi krallığın şimalındakı Turaif bölgəsində havanın temperaturunun kəskin şəkildə mənfi 6 dərəcəyə enməsini qeydə alıb.
Digər ölkələr
20 Yanvar , 2022 05:52
Səudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıb

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi krallığın şimalındakı Turaif bölgəsində havanın temperaturunun kəskin şəkildə mənfi 6 dərəcəyə enməsini qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

Bu, ölkədə son 30 ilin ən aşağı temperaturudur.

Qeyd olunur ki, Turaifada gecə şaxtaları güclü qar, digər şimal rayonlarında isə zəif yağışla müşayiət olunub.

Meteoroloqların məlumatına görə, krallığın şimalında anomal soyuqlar bu həftənin sonuna kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi