Səudiyyə Ərəbistanında silahlılarla atışma olub, ölənlər var

Səudiyyə Ərəbistanında silahlılarla atışma olub, ölənlər var Bakı. 20 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında silahlılarla atışma olub.
Digər ölkələr
20 Aprel , 2018 05:28
Səudiyyə Ərəbistanında silahlılarla atışma olub, ölənlər var

Bakı. 20 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında silahlılarla atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Al Arabiya"ya istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Asir vilayətində baş verib. Atışma zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub. 

Silahlı toqquşma zamanı habelə silahlılardan biri öldürülüb, daha 2 nəfər yaxalanıb.

Asir vilayəti ərəb koalisiyasının üsyançı husilərə qarşı mübarizə apardığı Yəmənlə sərhəddir. Lakin hadisənin həmin müharibə ilə bağlı olması hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi