Yuxarı

Səudiyyə Ərəbistanında şiə liderinin edamı güclü etirazlar doğurub

Bəhreyndə də nümayişə çıxan şiələri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək lazım gəlib

Bakı. 2 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrin edamı güclü etirazlara səbəb olub. Küçələrə çıxan minlərlə insan hökumət əleyhinə şüarlar səsləndirib.

Hökumət ən-Nimrin vətəni Əl-Katif şəhərinə, həmçinin ölkənin şərqində şiələrin çoxluq təşkil etdiyi digər rayonlara onlarla zirehli avtomobil və qoşun hissələri göndərib. Bəhreyndə də nümayişə çıxan şiələri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək lazım gəlib.

Şiə lideri şeyx Nimr ən-Nimrin edamı təkcə Səudiyyə Ərəbistanında deyil, müsəlman dünyasında kəskin etirazla qarşılanıb. İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib ki, bu hadisə Yaxın Şərqdə qeyri-sabitlik yaranmasına gətirib çıxara bilər. Din xadiminin edamına İran da öz ciddi etirazını bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi