Səudiyyə Ərəbistanında altı şəhərə qar yağıb

Səudiyyə Ərəbistanında altı şəhərə qar yağıb Səudiyyə Ərəbistanının 6 şəhərində qar yağıb, bəzi yerlərdə hava hərarəti mənfi 3 dərəcəyədək enib.
Digər ölkələr
22 Yanvar , 2022 05:53
Səudiyyə Ərəbistanında altı şəhərə qar yağıb

Səudiyyə Ərəbistanının 6 şəhərində qar yağıb, bəzi yerlərdə havanın orta temperaturu mənfi 3 dərəcəyədək enib.

“Report” bu barədə “Sky News Arabia”ya istinadən xəbər verir.

Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl Qahtani Sibirdən gələn soyuq hava kütlələrinin səbəb olduğu anomal havaların həftənin sonunadək davam edəcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərazisində yanvarın əvvəlindən soyuq hava şəraiti hökm sürür. Belə ki, ayın 19-da Turaif bölgəsində 6, Qürəyyat bölgəsində 5, Ərar bölgəsində 4 dərəcə şaxta qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi