​Səudiyyə Ərəbistanında neft emalı kompleksini partlatmaq istəyən terrorçu zərərsizləşdirilib

​Səudiyyə Ərəbistanında neft emalı kompleksini partlatmaq istəyən terrorçu zərərsizləşdirilib Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub
Digər ölkələr
4 Sentyabr , 2015 13:20
​Səudiyyə Ərəbistanında neft emalı kompleksini partlatmaq istəyən terrorçu zərərsizləşdirilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında dünyada ən nəhəng neft emalı kompleksini partlatmaq istəyən intiharçı-terrorçu zərərzsizləşdirilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı agentliyi məlumat yayıb.

Hadisə ölkənin şərqində yerləşən Abkayk neft emalı kompleksində baş verib.

Məlumata əsasən, belinə "intihar kəməri" bağlayan terrorçu müəssisənin ərazisinə keçməyə cəhd göstərib. O, Nəzarət-Buraxılış Məntəqəsində polisə atəş açıb və 3 asayiş keşikçisini yaralayıb. Bundan sonra silahlı yaxınlıqdakı binalarda gizlənib. Hüquq-mühafizə orqanları onun yerini müəyyənləşdirdikdən sonra atışma baş verib və terrorçu öldürülüb. 

Yaralı polislərdən biri isə dünyasını dəyişib. 

Hələlik hadisənin məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi