​Səudiyyə Ərəbistanının cənubunda məsciddə baş verən partlayış nəticəsində 17 nəfər həlak olub

​Səudiyyə Ərəbistanının cənubunda məsciddə baş verən partlayış nəticəsində 17 nəfər həlak olub Hadisə ölkənin cənub-qərbində yerləşən Asir inzibati ərazisində baş verib
Digər ölkələr
6 Avqust , 2015 16:58
​Səudiyyə Ərəbistanının cənubunda məsciddə baş verən partlayış nəticəsində 17 nəfər həlak olub

Bakı. 6 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının cənubunda məsciddə güclü partlayış baş verib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Hadisə ölkənin cənub-qərbində yerləşən Asir inzibati ərazisində baş verib.

Bildirilir ki, partlayıcını terrorçu-kamikadze hərəkətə gətirib.

Yerli qaynaqlardan bildirilib ki, azı 25 nəfər yaralanıb.

"Əl-Ərəbiyə" telekanalı isə xəbər verir ki, Səudiyyə Ərəbistanının cənub-qərbində məsciddə baş verən partlayışda 17 nəfər təhlükəsizlik qüvvələri əməkdaşları həlak olub. Bu məscidi, adətən, təhlükəsizlik qüvvələri əməkdaşlarının ziyarət etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi