Səudiyyə Ərəbistanında məscidə terror hücumunun qarşısı alınıb

Səudiyyə Ərəbistanında məscidə terror hücumunun qarşısı alınıb Belində partlayıcı kəmər olan şəxs Ər-Rəsul Əl-Ədhəm məscidini partlatmağı planlaşdırsa da, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib
Digər ölkələr
24 Avqust , 2016 12:41
Səudiyyə Ərəbistanında məscidə terror hücumunun qarşısı alınıb

Bakı. 24 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri ölkənin şərqində yerləşən Katif şəhərində məscidə terror hücumunun qarşısını alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

"Al Arabiya" telekanalının məlumatına görə, belində partlayıcı kəmər olan şəxs Ər-Rəsul Əl-Ədhəm məscidini partlatmağı planlaşdırsa da, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Onun yardımçısı da həbs edilib. Hər iki şəxs Səudiyyə Ərəbistanı vətəndaşı olmasa da, krallıq ərazisində yaşayıb.

Son xəbərlər

Orphus sistemi