Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimi keçirilir.
"Report" Türkiyə KİV-inə istnadən xəbər verir ki, o, ölkə qaydalarına uyğun olaraq, adsız bir qəbirdə dəfn olunub. Bu təriqətin adətinə əsasən, ölkədə krala yas da tutulmayacaq. Üzərində kəlmeyi-şəhadət yazıldığından Səudiyyə Ərəbistanının dövlət bayrağı da yarıyadək endirilməyəcək.
Xatırladaq ki, kral Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar İordaniya və Bəhreyndə 40 gün, Fələstində isə 3 gün matəm elan olunub.