Səudiyyə Ərəbistanında korrupsiyada şübhəli bilinərək saxlanılanlardan bir qismi sərbəst buraxılıb

Səudiyyə Ərəbistanında korrupsiyada şübhəli bilinərək saxlanılanlardan bir qismi sərbəst buraxılıb Bakı. 26 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında korrupsiyada şübhəli bilinərək saxlanılan 200-dən çox təbəədən 23-ü sərbəst buraxılıb.
Digər ölkələr
26 Dekabr , 2017 18:54
Səudiyyə Ərəbistanında korrupsiyada şübhəli bilinərək saxlanılanlardan bir qismi sərbəst buraxılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında korrupsiyada şübhəli bilinərək saxlanılan 200-dən çox təbəədən 23-ü sərbəst buraxılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yaxın günlərdə tutulanların çoxu azad ediləcək.

Məlumata görə, hakimin şərtlərini qəbul edənlər azad olunublar. Sərbəst buraxılanların adları açıqlanmayıb. Özlərini təqsirli bilməyənlər isə mühakimə olunacaqlar. 

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar. Saxlanıldıqları oteldən kənara çıxmamaları üçün otelin bir mərtəbəsi xəstəxanaya çevrilib. Orada müayinə və müalicə üçün bütün avadanlıq yerləşdirilib.

200-dən çox şübhəli istintaq zamanı sorğu-sual edilib. Onların 2 mindən artıq bank hesabları dondurulub.

Son xəbərlər

Orphus sistemi