Səudiyyə Ərəbistanında korrupsiya işi ilə bağlı saxlanılanlar azad ediliblər

Səudiyyə Ərəbistanında korrupsiya işi ilə bağlı saxlanılanlar azad ediliblər Fevralın 14-dən etibarən "Ritz Carlton" hoteli yenidən nömrələrin bronlaşdırılması ilə bağlı sifarişləri qəbul edəcək
Digər ölkələr
30 Yanvar , 2018 12:25
Səudiyyə Ərəbistanında korrupsiya işi ilə bağlı saxlanılanlar azad ediliblər

Bakı. 30 yanvar. REPORT.AZ/ Korrupsiya şübhəsi ilə iki aydır paytaxt Ər-Riyadın beşulduzlu "Ritz Carlton" hotelində qalan Səudiyyə Ərəbistanının yüksək çinli məmurları və iş adamları mehmanxananı tərk ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Səudiyyə Ərəbistanından olan rəsmi mənbəyə istinadən məlumat yayıb.

Fevralın 14-dən etibarən paytaxtın ən dəbdəbəli hotellərindən biri yenidən nömrələrin bronlaşdırılması ilə bağlı sifarişləri qəbul etməyə başlayacaq.

Xatırladaq ki, ötən ilin noyabr ayında Səudiyyə Ərəbistanının vəliəhdinin başçılıq etdiyi Korrupsiyaya qarşı mübarizə üzrə Ali Komitəsi aralarında kral ailəsinin üzvləri, sabiq nazirlər, hərbçilər və iş adamlarının olduğu, təqribən, 40 nüfuzlu şəxsin saxlanılması barədə qərar çıxarıb.

Məlumata görə, ən son azadlığa buraxılanlar arasında "Saudi Bunladin Group" şirkətinin rəhbəri Bəkr bin Laden və bin Laden ailəsinin digər üzvləri olub.

Son xəbərlər

Orphus sistemi