Yuxarı

​Səudiyyə Ərəbistanında kamikadze özünü məsciddə partladıb

Hadisə nəticəsində ən azı 3 nəfər ölüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Nəcran vilayətində terrorçu-kamikadze özünü məsciddə partladıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində ən azı 3 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Terror hücumuna görə məsuliyyəti heç kim hələ ki, öz üzərinə götürməyib.

Nəcran Səudiyyənin eyniadlı əyalətinin paytaxtıdır və Yəmən ilə sərhəddin bir neçə yüz metrliyində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi