Bakı. 3 İyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Taif şəhərində terror fəaliyyətində şübhəli bilinən şəxslərin saxlanılması üzrə əməliyyat zamanı yerli polis əməkdaşı qətlə yetirilib.
"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Franc Press" məlumat yayıb.
Polis əməkdaşları faktla bağlı üzərilərində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının bayrağı olan 3 şübhəli şəxsi saxlasalar da, onların arasında axtarışda olan terrorçu aşkar olunmayıb.