Səudiyyə Ərəbistanında İrana qarşı çıxış edən qazinin qətlə yetirilməsi xəbəri yayılıb

Səudiyyə Ərəbistanında İrana qarşı çıxış edən qazinin qətlə yetirilməsi xəbəri yayılıb Bakı. 25 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının şərqində şəriət məhkəməsinin hakimi Şeyx Məhəmməd əl-Ciraninin qətlə yetirilməsi barədə xəbər yayılıb.
Digər ölkələr
25 Dekabr , 2017 18:58
Səudiyyə Ərəbistanında İrana qarşı çıxış edən qazinin qətlə yetirilməsi xəbəri yayılıb
Getty Images

Bakı. 25 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının şərqində şəriət məhkəməsinin hakimi Şeyx Məhəmməd əl-Ciraninin qətlə yetirilməsi barədə xəbər yayılıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, 2016-cı il dekabrın 13-də öz mənzilindən oğurlanan əl-Ciraninin meyiti krallığın Katif əyalətində aşkarlanıb.

Genetik ekspertiza nəticəsində meyitin qaziyə aid olduğu təsdiqlənib.

Onun oğurlanmasına görə məsuliyyət şiə radikal qruplaşmasının üzərinə qoyulub. Hadisə ilə əlaqədar 3 şübhəli saxlanılıb. Onların kimliyinin artıq müəyyənləşdirildiyi də bildirilib.

Məlumata görə, Şeyx Məhəmməd əl-Cirani Səudiyyə Ərəbistanı hakimiyyətinin şiə radikallarına qarşı mübarizəsini dəstəkləyib və İran üçün ianə toplanmasına qarşı çıxış edib. Onun daim hədələndiyi haqqında xəbərlər yayılıb. 2011-ci ildə əl-Ciraninin evi yandırılıb, 2012-ci ildə isə onun evinə hücum ediblər. Ancaq onda polis bu basqının qarşısını almışdı. 

Son xəbərlər

Orphus sistemi