Səudiyyə Ərəbistanında 65 077 nəfər koronavirusa yoluxub, 351 nəfər ölüb

Səudiyyə Ərəbistanında 65 077 nəfər koronavirusa yoluxub, 351 nəfər ölüb Səudiyyə Ərəbistanında daha 2 532 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
21 May , 2020 17:50
Səudiyyə Ərəbistanında 65 077 nəfər koronavirusa yoluxub, 351 nəfər ölüb

Səudiyyə Ərəbistanında daha 2 532 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Yaxın Şərq ölkəsində indiyədək 65 077 yoluxma faktı aşkarlanıb.

Bildirilib ki, COVID-19-dan ölənlərin sayı ötən sutkada 12 nəfər artaraq 351-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 330 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi