Bakı. 11 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkənin hakimiyyət orqanlarının 4 ekstremisti edam etdiyini açıqlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar Əl-Katif rayonunda çoxsaylı terror aktları törətməkdə ittiham ediliblər.
Qeyd edək ki, müxalif gənclərdən ibarət qruplaşmalar polis patrullarına əldəqayırma partlayıcı qurğular atmaqla tez-tez təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücumlar edirlər. Ötən həftə silahlılar Əl-Katifdə təhlükəsizlik qüvvələrinə hücum ediblər. Nəticədə 1 hərbçi həlak olub, daha 6 nəfər yaralanıb.