Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı Yəmənın şimal-şərqinə havadan bomba zərbəsi endirib

    Mayın 12-dən etibarən Yəməndə 5 günlük atəşkəs elan ediləcək

    Bakı. 8 May. REPORT.AZ/ Səudiyyə Ərəbistanı başda olmaqla koalisiyanın hərbi aviasiyası Yəmənın şimal-şərqindəki Saada əyalətinə havadan bomba zərbəsi endirib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, hərbi əməliyyat yerli saatla 19.00-da başlayıb. Ölən və yaralılar haqqında hələlik məlumat verilmir.

    Xatırladaq ki, Səudiyyə Ərəbistanın xarici işlər naziri Adel al-Cubeyr mayın 12-dən etibarən Yəməndə 5 günlük atəşkəsin elan ediləcəyini bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi