​Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına zərbə endirib

​Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına zərbə endirib Bombardıman nəticəsində 44 nəfər həlak olub
Digər ölkələr
7 İyun , 2015 23:49
​Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına zərbə endirib

Bakı. 7 İyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada üsyançı qoşunların komanda məntəqəsinə havadan zərbə endirib.

“Report” xəbər verir ki, husilərin xəbər agentliyi ən azı 44 nəfərin öldüyü barədə məlumat yayıb.

Həmçinin məlumata görə, bombardıman nəticəsində 100-dən artıq insan, eləcə də qadın və uşaq yaralanıb.

Son xəbərlər

Orphus sistemi