​Səudiyyə Ərəbistanı Yəmənin limanlarını təcrid edib

​Səudiyyə Ərəbistanı Yəmənin limanlarını təcrid edib Krallıq martın 26-da Yəməndə hərbi əməliyyatlara başlayıb
Digər ölkələr
31 Mart , 2015 03:45
​Səudiyyə Ərəbistanı Yəmənin limanlarını təcrid edib

Bakı. 31 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı donanması üsyançı husilərin möhkəmlənməsi və xaricdən silah əldə etməsinin qarşısını almaq üçün Yəmənin limanlarını təcrid edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Krallığın Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

Səudiyyə Ərəbistanı martın 26-da ərəb dövlətləri koalisiyası ilə birgə Yəməndə baş qaldıran üsyançılara qarşı hərbi əməliyyatlara başlayıb. Husilərin mövqelərinə endirilən hava zərbələri nəticəsində onlarla qadın və uşaq həlak olub.

Koalisiyaya Səudiyyə ilə yanaşı Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Misir, İordaniya, Sudan, Mərakeş və Pakistan daxildir.

Son xəbərlər

Orphus sistemi